• Ağstafa Aqroservis MMC
  • Ağstafa Aqroservis MMC
  • Ağstafa Aqroservis MMC

Xoş gəlmişsiniz!

Ağstafa-Aqroservis MMC olaraq sizi internet səhifəmizdə salamlayırıq. Bizim cəmiyyətlə tanışlıq və onun haqqında hər bir məlumat almaq imkanına malik olmaq üçün bu veb səhifəmizi vərəqləyib lazımi məlumatlara sahib ola bilərsiniz. Aqro servis sahəsində geniş fəaliyyətə başlayan şirkətimizin servis xidmətlərinin fəaliyyət proqramı, gündəlik məlumatları burada öz əksini taparaq sizin ixtiyarınıza verilir.

Haqqımızda

Almaniyanın kənd təsərrüfatı texnikasının istehsalçıları olan CLASS, LEMKEN, GRİMME, FLİGL, RAUCH, SCHMOTZER, FANTİNİ markalı texnikalarla təchiz edilmiş və 8000 hektar torpaq sahəsinə xidmət göstərmə gücünə malik olan Ağstafa-Aqroservis MMC Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin 2008-ci il 25 avqust tarixində 3004 saylı sərəncamı ilə imzalayıb təsdiq etdiyi Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının 1.2.4 və 5.11.15 maddələrinə uyğun olaraq xidmət edəcəyi kənd təsərrüfatı ərazisinin əkinçilik məhsullarından istifadə olunması, ətraf məntəqələrdə heyvandarlıq yemlərinin, əkinçiliyin artmasına və bütövlükdə regionun iqtisadi inkişafına və yeni iş yerlərinin yaranmasına səbəb olacaqdır.

Məqsədimiz

Son illər “AQROLİZİNQ”ASC və iş adamları kənd təsərrüfatı sahəsində aqroservisin yaradılması və inkişaf etdirilməsi sahəsində bu cəmiyyətin fəaliyyətindən yararlanaraq əsaslı dəyişikliklər həyata keçirmiş və texnikaların artması ilə yanaşı onun keyfiyyət göstəricilərinin də əhəmiyyətli səviyyəyə çatdırılmasına nail olmuşlar. Bu məqsədlə Ağstafa Aqroservis də ölkəmizdə bu sahədə uğurlu irəliləyişlər əldə etmək üçün yeni bir layihə ilə işə başladı. Bütövlükdə cəmiyyət Azərbaycan Respublikasının Ağstafa rayonunda modern bir aqroservis yaratmaqla ölkənin kənd təsərrüfatı sahəsinin inkişafında mühüm rol oynamaq məqsədi daşıyır.