Xəbərlər


Grüne Woche (Yaşıl Həftə)

Yanvar ayinin 18-dən 27-dək Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisi keçirilmişdir.
Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. İqtisadi İnkişaf Nazirliyinin xətti ilə bu il Azərbaycan 6-cı dəfə iştirak edəcəyi sərgidə ölkəmiz 30-a yaxın şirkətlə təmsil olunmuşdur. Bu şirkətlərini içində “Ağstafa Agroservis” MMC-də öz layiqli yerini tutmuşdur.
Bildirmək lazımdır ki, cəmiyyətimizin 10 nəfərə yaxın işçici Beynəlxalq Yaşıl həftə çərçivəsində iştirak etmiş və bu sərgi çərçivəsində müxtəlif konfranslarda iştirak etmişdirlər.
 İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 250-ə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilmişdir.
  Tədbir çərçivəsində alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatlar olmuşdur. Bu sərgi sahibkarların yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsi baxımından ölkəmiz üçün əhəmiyyətlidir.
Sərgidə Kənd Təssərrüfatı Naziri İsmət Abasov aqrar sahədə görülən işlər və əldə olunan uğurlar, eləcə də dövlətin bu sahəyə göstərdiyi diqqəti xüsusi qeyd etmişdir.