Xəbərlər


"Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il fevralın 15-də “Ağstafa-Aqroservis” MMC müəssisəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağstafa rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, müasir heyvandarlıq, üzümçülük təsərrüfatlarının və üzüm emalı (qurudulması) müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Rayonun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə 2013-cü ildə görüləcək işlər barədə məlumat verilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağstafa və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 628 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.