Xəbərlər






Kranda montaj işlərinin aparılması başa çatmışdır

Cəmiyyətə RAO Lizinq vasitəsilə Almaniyanın G+S Fördertechnik GmbH şirkətindən alınmış kranda montaj işlərinin həyata keçirilməsi üçün 5-11 aprel 2013 – cü il tarixində G+S Fördertechnik GmbH – ın nümayəndələri Michael Göttl və Hofmann Helmut Ağstafa rayonuna ezam olunmuşlar.
Bildirmək lazımdır ki, transport zamanı kranın çox uzun olması çətinlik yaratdığı üçün ikiyə bölünərək Ağstafa rayonu Aqroservis cəmiyyətinin inzibati binasına gətirilmişdir. Kranda qaynaq və eləcə də quraşdırılması üçün montaj işlərinin aparılması üçün G+S Fördertechnik GmbH – ın nümayəndələri cəmiyyətin mexanikləri ilə birlikdə uzun iş prosesinə başlamışlar.
Qeyd etmək lazımdır ki, regionda analoqu olmayan, cəmiyyətin malik olduğu təmir zalı, texniki baza və avadanlıqları hesabına işlər müvəffəqiyyətlə və qüsursuz bir şəkildə yerinə yetirilmiş və 5 ton yük qaldırma gücünə malik kran quraşdırılaraq istifadəyə verilmişdir.
Yorucu, bir o qədər də maraqlı keçən iş prosesi cəmiyyətin direktoru Musa Hüseynovun rəhbərliyi və nəzarəti altında 5 gün boyunca davam etmişdir.
Nümayəndələr tərəfindən cəmiyyət işçilərinə kranın işə salınması və yük qaldırma prosesi, eləcə də qaynaq apparatı və digər avadanlıqlarda düzgün işləmə metodu öyrədilmişdir.
G+S Fördertechnik GmbH – ın nümayəndələri Michael Göttl və Hofmann Helmut cəmiyyətin inzibati binasısı, təmir sexi, texnika zalı, labaratoriya, yuyucu sexi ilə tanış olmuşlar. Onların qeyd etdiklərinə görə Ağstafa rayonunda belə bir aqroservis kompleksinin yaradılması həqiqətən də çox təqdirəlayiq bir haldır.
Sonda qonaqlarla bərabər xatirə şəkilləri çəkilmişdir.