Xəbərlər


1 YAŞIMIZ TAMAM OLDU !

Artıq 1 ildir ki, fəaliyyət göstərən cəmiyyətimizin 1 yaşının tamam olması münasibətilə Ağstafa “Agroservis Aqroservis” MMC – nin inzibati binasında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan cəmiyyətin direktoru Hüseynov Musa “Ağstafa Agroservis” MMC – nin 12 aprel 2012 – ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xeyir duası ilə fəaliyyətə başladığını qeyd etmişdir.
Zaqafqaziya ölkələri içərisində ən böyük aqrokompleksə malik olan Ağstafa rayonu Aqroservis cəmiyyətinin yaranması ilə illərdir unudulmuş bir sahənin, kənd təsərrüfatının çiçəklənməsi kimi tarixə düşmüşdür.
Cənab Hüseynov tərəfindən cəmiyyətin 1 illik fəaliyyəti dövründə gördüyü işlər, qazandığı uğurlar və müvəffəqiyyətlər barəsində məlumat verilmişdir.
“Ağstafa Aqroservis” MMC-nin fəaliyyəti hal – hazırda olduğu kimi, gələcəkdə də rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaqdır.
Qeyd etmək lazımdır ki, müəssisəmiz kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün “vahid pəncərə” rolunu oynamaqdadır.
Ümumi sahəsi bir hektardan çox olan “Ağstafa Aqroservis” MMC-nin tikintisinə 2010-cu ilin iyununda başlanılmışdır. Müəssisəyə Almaniyanın aparıcı şirkətlərinin istehsalı olan və müasir standartlara cavab verən texnika və avadanlıq alınmışdır. Burada ümumilikdə 75 traktor, qoşqu və digər texnikalar vardır. Müəssisə 14 min hektar sahəyə xidmət göstərmək gücünə malikdir. Müasir tələblər səviyyəsində hazırlanan bu texnikaların tətbiqi ilə daha az yanacaq və vaxt sərf etməklə yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Buradakı texnikanın əksəriyyəti, eyni zamanda 4-5 əməliyyat yerinə yetirə bilir.
Müəssisənin ixtiyarında üç mobil servis maşını da vardır. Almaniyada istehsal olunan bu avtomobillər istənilən yerdə texnikaya xidmət göstərmək üçün kompyuter və digər zəruri avadanlıqla təchiz edilmişdir. Anbarda boytənzimləyici, torpaqların xüsusiyyətlərinə uyğun gübrələr, alaq otlarına qarşı maddələr, həmçinin yüksək keyfiyyətli buğda və arpa toxumları vardır. Fermerlərə müəssisənin mütəxəssisləri tərəfindən aqrar işlərlə bağlı məsləhətlər verilir və onların hazır məhsulları alınır. Bu isə fermerlər üçün əlavə bazarlar imkanı açır.
30 nəfərin işlə təmin olunduğu müəssisə yalnız Ağstafa rayonunda deyil, Qazax və Tovuz ərazisində də aqroservis xidmətləri göstərməyə qadirdir.
Musa müəllim tərəfindən qeyd edildi ki, “Ağstafa Aqroservis” MMC-nin tərkibində yaradılacaq “Taxıl anbarı, emalı və un istehsalı” bölməsi ilə regionda ərzaq təhlükəsizliyinin təminatı uğrunda Aqroservis cəmiyyəti yaxından iştirak edəcəkdir.
Sonda cəmiyyətin direktoru bütün Aqroservis heyyətini 1 yaşının tamam olması münasibətilə təbrik etmiş, bundan sonra icrası nəzərdə tutlmuş işlərdə daima uğur və müvəffəqiyyət arzulamışdır.
Tədbir cəmiyyətin işçi heyyəti tərəfindən hazırlanmış ziyafət ilə başa çatmışdır.