Xəbərlər


““ Ağstafa Agroservis ” MMC !

2013 – 2014 – cü əkin ili üçün “ Ağstafa Agroservis ” MMC tərəfindən toxum istehsalının genişləndirilməsi məqsədi ilə Almaniya Federativ Respublikasının DSV SATEN Toxumçuluq İnstitutunun istehsalı olan elit və R1 növlü AKTEUR buğda sortu Respublika ərazisinə idxal edilmiş və toxumların 250 hektar sahədə becərdilməsinə nail olunmuşdur. Əraziyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki,bitkilərin inkişaf fazaları vegetasiya müddətlərinə uyğun şəkildə inkişaf edir.Müəssisənin aqronomu Mirzə Əhmədov verdiyi məlumata görə, sahələrdə zərər vericilərə və yabanı bitkilərərə qarşı bütün aqrotexniki tədbirlər görülmüşdür. 2013 – 2014 – cü il əkin ilində 140 hektar sahədə suvarma işləri aparılmışdır. Bununla yanaşı bütün sahələrə azot gübrəsi verilmişdir. Hal-hazırda bitkilər sünbülləmə mərhələsini bitirib, süd yetişmə fazasındadır. İlkin baxışdan da göründüyü kimi, bu sahələrdə yüksək məhsuldarlıq gözlənilir.