Xəbərlər







Ağstafa Aqroservis MMC nin ikinci layihəsi

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008 –ci il tarixli 3004 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına və 14 aprel 2009-cu il tarixli “Regionların Soial İqtisadi İnkişafına dair Dövlət Proqramlarının icrasında yaxından iştirak etmək məqsədi ilə Ağstafa rayonu ərazisində Almaniyanın ən müasir kənd təsərrüfatı texnikaları ilə təchiz edilmiş , 8000 hektar əkin sahəsinə xidmət göstərmə gücünə malik olan “Ağstafa Agroservis” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Müasir texnika və avadanlıqlarla təhciz edilmiş Ağstafa Aqroservis MMC nin əsas fəaliyyət növü regionun yerli fermer və kəndlilərinə müasir aqrotexniki tədbirləri kompleks şəkildə təqdim etməklə yanaşı,iri taxılçılıq təsərrüfatının yaradılmasından ibarətdir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin taxıla olan tələbatını da tam yerli istehsal hesabına ödəmək vəzifəsini qarşıya qoymuşdur. Bu vəzifəyə uyğun olaraq taxılçılığın inkişaf etdirilməsi üçün böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində mühüm işlər görülür. Beynəlxalq mütəxəssisləri fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyi göstəriciləri ötən 10 ildə xeyli yaxşılaşmışdır. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.
Qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində sahibkarlıq subyektlərinin fəaliyyətinə böyük önəm verir. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri kimi məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi əsas götürülür. Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsasında insan amili dayanır. Bu siyasətə uyğun olaraq, əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsullar ilə təminatına xüsusi önəm verilir. Heç şübhəsiz ki, bu istiqamətdə keyfiyyətli çörək və çörək məmulatı stehsalı ən əhəmiyyətli sahələrdəndir. Son illərdə ölkəmizdə digər sahələrdə olduğu kimi, çörək bişirmə sənayesinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, bu sahədə ən müasir texnologiya və avadanlıq tətbiq edilir. Müasir və qabaqcıl texnologiyaların tətbiqi çörək bişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin, çox çeşidliliyin təmin olunmasına imkan yaradır. Bu məqsədlə Ağstafa Aqroservis Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində II layihənin icra edilməsi nəzərdə tutulub.
Layihə üzrə 30 000 tonluq taxıl anbarının,saatda 5 ton emal gücü olan dəyirmanın,saatda 5 ton istehsal gücü olan çörək zavodunun,əhaliyə faas food sistemli iaşə xidmətlərinin göstərilməsi üçün iaşə obyektinin və digər xidmət sahələrinin göstərilməsi həyata keçiriləcək.
Almaniya,İsveçrə, və digər ölkələrin ən müasir texnologiya və avadanlığı əsasında qurulacaq zavodun ümumi layihə dəyəri 36.6 mln manat təşkil edir.
İstehsal gücü gündəlik 70 tonadək olan çörək zavodu Şəmkir,Tovuz, Agstafa və Qazax rayonlarında ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının fəaliyyətə başlaması bu rayonlarda istehlakçıların 40-45 faizini yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məmulatları ilə təmin etməyə imkan yaradacaq.
Layihənin icra müddəti mərhələli olaraq 18 ay müddətinə tam başa çatdırılaraq istifadəyə veriləcək ki,həm regionda yerli əhalinin və həmçinin hərbi hissələrdə qulluq edən əskərlərimizin yüksək keyfiyyətli çörəklə təminatını həyata keçirəcək.
Hər bir insanın gündəlik təlabatında istifadə olunan çörəkdə itki və israfçılığın aradan qaldırması məqsədilə layihədə kiçik ölçülü 125-250 qr, brothem çörəklərin istehsalına və eləcədə yarımfabrikat brothem çörəklərin istehsalına da diqqət yetirilib.
12 iyul 2014 – cü il tarixdə layihənin təməlqoyma mərasiminin keçirlməsi planlaşdırılıb.