Xəbərlər







Əziz Ağstafalılar və rayonumuzun qonaqları!

14 iyun 2014-cü il tarixdə “Ağstafa Aqroservis” MMC-də Məhsul Bayramı ilə əlaqədar geniş tədbir keçiriləcəkdir.
Bu münasibətlə saat 21:00-da başlayacaq bayram konserti "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin efirində canlı olaraq nümayiş etdiriləcəkdir.
Respublikamızın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir möhtəşəm atəşfəşanlıqla bitəcəkdir.
Tədbirdə həmçinin kənd təsərrüfatı məhsulları və texnikalardan ibarət geniş sərgi nümayiş olunacaqdır.
Konsertə giriş sərbəstdir və istənilən şəxs iştirak edə bilər.