Xəbərlər







Bu gün müsəlman dünyasının müqəddəs Ramazan bayramıdır.

Bu günün sevincini sizlərlə - “Ağstafa Aqroservis” MMC kollektivi olaraq yaşamaq bizə başqa bir xoşbəxtlik, başqa bir həyəcan bəxş edir.
Bayram sevincdir, xoşbəxtlikdir, bayram coşqudur, bayram doğmalıqdır. Bayramda hər bir insan öz yaxınları, öz doğmaları ilə olmaq, bayram sevincini onlarla paylaşmaq istəyir. Nə xoş bizlərə ki, bu müqəddəs gündə bir-birimizi görməsək də, qəlblərimiz birdir. Və nə xoş bizlərə ki, bu günün sevincini“Ağstafa Aqroservis” MMC kollektivi olaraq birgə yaşayırıq.
Qoy bu bayram evinizə bol ruzi-bərəkət, qəlblərinizə sevgi və iman gətirsin. Tanrının nuru hər birinizin qəlbini işıqlandırsın və həyat yolunuzu aydınlatsın.

BAYRAMINIZ MÜBAREK !!!