Xəbərlər







“Buhler Group GmbH Ağstafa Agroservis MMC –də “ !

Ağstafa rayonu, “Ağstafa Agroservis” MMC – nin nəzdində 3,5 hektar torpaq sahəsində tikintisi həyata keçirilən “Ağstafa Un Məmulatları” müəssisəsinin rəsmi sözləşməsinin imzalanması üçün Almaniya Federativ Respublikası, un dəyirmanlarının istehsalı sahəsində 150 ildən artıq təəcrübəyə malik “Buhler Group” GmbH – ın kommersiya direktoru Dieter Henze və şərq ölkələri üzrə regional meneceri Alexander Tobie 2 günlük səfərlə Ağstafa rayonunda olmuşlar.
Görüş Ağstafa Agroservis MMC – nin inzibati binasında cəmiyyətin direktoru Orxan Yusifovun rəhbərliyi altında həyata keçirilmişdir.
İlkin olaraq qonaqlar sözügedən müəssisənin tikinti zonasına baxış keçirmiş və bu günədək həyata keçirilmiş işlərlə yaxından tanış olmuşlar. Daha sonra cəmiyyətin inzibati binasında müəssisəyə tətbiq ediləcək un dəyirmanları avadanlıqlar, eləcə də qarşıda duran işlər barəsində danışıqlar olmuşdur.
Görüş zamanı cənab Alexander Tobie və Dieter Henze tərəfindən bildirilmişdir ki, avadanlıqların Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına çatdırılma dövrü ümumi 10 ayı əhatə edəcək ki, bu da müəssisənin binası tam hazır olduqdan sonra həyata keçiriləcəkdir.
Tərəflərin qarşılıqlı şəkildə anlaşması hər iki şirkətin razılığına əsasən hazırlanan rəsmi müqavilənin imzalanması ilə öz əksini tapmışdır.