Xəbərlər







“ŞƏHİDLƏR UNUDULMUR” !

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər......



Vətənimiz Azərbaycan bir neçə gündür ki, çox ağrılı günlər yaşayır. İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni terrorçuları atəşkəsi dəfələrlə pozaraq bir neçə istiqamətdə Azərbaycan ordusuna qarşı hücumlar etmiş, bunun nəticəsində 14 əsgərimiz şəhid olmuş, bir neçəsi isə ağır yaralanmışdır.
Müəssisəmiz cəbhə xəttinə yaxın olduğundan son günlər erməni qəsibkarları tərəfindən törədilən hadisələri daha çox hiss edir. Bu səbəbdən beynəlxalq təşkilatlara və o cümlədən, Avropa Birliyi üzvü dövlətlərinə mühafizələrə hüquqi qiymət verilməsinə davam edən terrora son qoyulmasında bütün əməkdaşlıq etdiyimiz avropa şirkətlərinə üz tutaraq bizimlə birgə müraciət etmələrini xahiş edirik.
Biz “Ağstafa Agroservis” MMC olaraq vətən uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına baş sağlığı veririk.


31 iyul – 01 avqust tarixlərində şəhid olan əsgərlərimizin siyahısı:


1.Gizir Almazov İsə Ziyad oğlu
2. Gizir Əliyev Pərvin Səlahəddin oğlu
3. Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu
4. Kiçik gizir Əhmədov Elçin Rasim oğlu
5. MAHHXQ əsgər Quliyev Sənan Qeyrət oğlu
6. MAHHXQ əsgər Əhmədov Qaryağdı Eldar oğlu
7. Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
8. Əsgər Rəhimov Əli Fətulla oğlu
9. Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
10. Əsgər Abdulov Hüseyn Etibar oğlu
11. Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu
12. Əsgər Poladov Vüqar Hidayət oğlu