Xəbərlər







“Ağstafa Aqroservis” MMC Azərbaycan Respublikasında öz fəaliyyətini genişləndirmək məqsədi ilə, İmişli rayonunda İmişli Bəhramtəpə magistral yolunun üzərində ümumi gücü 15 min ha xidmət etmək imkanı olan yeni Aqroservis tikintisinə başlayır. Tikinti işləri 1,5 ha torpaq üzərində aparılaraq 2016 –cı ilin may ayının 9-da istifadəyə verilməsi planlaşdırılır.
Layihənin ümumi investisiya dəyəri 6,8 milyon Avro təşkil edəcək, eyni zamanda ölkənin cənub regionunda taxılçılığın inkişafı ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrasında yaxından iştirakı məqsədi ilə İmişli rayon İcra Hakimiyyəti tərəfindən müəssisənin istifadəsinə ayrılmış 4500 ha əkinə yararlı torpaq sahəsi üzərində müasir taxılçılıq təsərrüfatı yaradılacaq.
Layihə, Avropa yenidənqurma inkişaf bankının dünyada ərzaq təhlükəsinə dair proqram çərçivəsində 10 il müddətinə güzəştli kredit hesabına maliyələşdirilir.