Haqqımızda


Fəaliyyətimiz

Azərbaycan Respublikasının prezidenti , cənab İlham Əlievin 2008-ci il 25 avqust tarixli sərancamina əsasən təstiq edilmiş “2008-2015”-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramında ərzaq təhlükəzliliyinin ən mühüm seqmenti kimi məhz taxıçılığin inkişafı məqsədilə qarşıya bir sira mühüm vəzifələr qoyulmuşdur.

Dövlət başşısı, cənab İlham Əliev 2- ci regional Dövlət proqramının icrasında ilin yekunlarına dair konfransda görüləsi işlərlə əlaqədar fikirlərini bildirmiş, müvafiq qurumlara konkret tapşırıqlar vermişdir. .Sözü gedən məsələnin həlli məqsədilə Prezident həmçinin kənd təsərrüfatının intensiv şəkildə inkişafının vacibliyini gündəmə gətirməklə yanaşı , yeni əkin sahələrinin də dövriyyəyə çıxarılmasını vacib saymışdır.

Bu gün Respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə səviyyəsi getdikcə artmaqdadır. Hal-hazırda Azərbaycanda qeyri-neft sektorunun əsasını təşkil edən Aqrar sahənin inkişafının yeni hədəflərinin əsası qoyulur, sosiyal və istehsal infrastrukturunun inkişafı , regional proqramların yerinə yetirilməsi, kənd ərazilərinin inkişafı, kənddə həyat tərzinin müassirləşdirilməsi, kənd iqtisadiyyatının inkişafı və alternativ iş mühitinin formalaşdırılması , kənd təsərrüfatının və kənd çoxfunksiyalılığının gündəmə gətirilməsi ölkənin daha da qüdrətlənməsinə və əhalinin firavan həyat sürməsinə geniş imkanlar açacaqdır.

Qarşıda duran başlıca vəzifələrdən biri də məhsul istehsalçılarının zəruri müassir kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlarla təhcizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən , onun itkisiz yığılmasını təmin etməkdən ibarətdir.

2012-ci il aprel ayının 12-də Prezident İlham Əliyev cənablarının iştiraki ilə “Ağstafa Agroservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olmuştur.

“Ağstafa Agroservis” MMC Ağstafa rayonunda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasının, məhsuldarlığın artırılmasına və torpaq ehtiyyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan 10 növ bitki sortlarının, istifadəsi zəruri olan gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun secilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığını və aqranom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün “vahid pəncər” rolunu oynayır.

Cəmiyyətin inzibati bölməsi də yüksək tələblər səviyyəsində qurulmuşdur.Belə ki, inzibati bölmədə iki mərtəbəli ofis binası, istehsalat və təmir sexi, anbar, texnikaların yuyulması üçün iki bloklu yuyucu sexi, kənd təsərrüfatı texnikalarının saxlanılması üçün talvar vardır. İnzibati bina daxilində iki mətbəx, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, labaratoriya fəaliyyət göstərir.

Ümümi sahəsi 1,1 hektar olan “Ağstafa Agroservis” MMC-nin tikintisini 2010 ilin iyulunda başlanmışdır.Tikinti Almaniyianın Wolf System şirkəti ilə Akkord Şirkətlər Qrupu tərəfindən həyata keçirilib.Müəssisəyə Almaniyanın aparıcı şirkətlərinin istehsalı olan müassir standartlara cavab verən texnika və avadanlıq alınmışdır.Burada ümümilikdə 75 traktor, qoşqu və digər texnika vardır .Müəssisə 14min hektar sahəyə xidmət göstərmək gücünə malikdir.

Müəssinənin ixtiyarında üç mobil servis maşını da vardır.Almaniyada istehsal olunan bu avtomobillər istənilən yerdə texnikaya xidmət göstərmək üçün kompyüter və digər zəruri avadanlıqla təchiz edilmiştir.

Layihədə iştirak edən Almaniya şirkətləri haqda qısa məlumat:

• Almaniyanın Claas Global Sales şirkəti 1913-cü ildən fəaliyyət göstərməklə kənd təsərrüfatı texnikası istehsalçısıdır.

• Almaniyanın S&H Baubetreuungs GmbH tikinti-quraşdırma şirkəti olaraq 1982-ci ildən fəaliyyət göstərir.

• Almaniyanın Lemken şirkəti kənd təsərrüfatı qoşqularının dünya istehsalçısıdır,1844-ci ildən fəaliyyət göstərir.

• Almaniyanın FLIEGL şirkəti 1976 – cı ildən fəaliyyət göstərməklə kənd təsərrüfatı texnikası istehsalçısıdır.

• Almaniyanın HORSCH şirkəti 1969 – cu ildən fəaliyyət göstərməklə kənd təsərrüfatı texnikası istehsalçısıdır.

• Almaniyanın RAUCH şirkəti 1921 – ci ildən fəaliyyət göstərməklə kənd təsərrüfatı texnikası istehsalçısıdır.

• Almaniyanın WOLF SYSTEMS şirkəti 1966 – cı ldən fəaliyyət göstərməklə inşaat texnologiyaları istehsalçısıdır.

• Almaniyanın Westifalia Seperator şirkəti 1893 – cü ildən fəaliyyət göstərməklə süd emalı texnologiyaları istehsalçısıdır.

• Almaniyanın Westifalia Surge şirkəti 1926 – cı ildən fəaliyyət göstərməklə süd emalı sistemlərinin istehsalçısıdır.

• Almaniyanın SHS şirkəti 1982 – ci ildən fəaliyyət göstərməklə mühəndis- arxitektor menecmentlik şirkətidir.

• RAO Global Group GmbH Almaniya şirkəti olaraq,yuxarıda adı çəkilən kənd təsərrüfatı texnikası istehsalçı şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsi olmaqla həmin texnikalara zəmanət servis xidmətini həyata keçirir.

30 nəfərin işlə təmin olunacağı müəssisə yalnız Ağstafa rayonunda deyil, Qazax və Tovuz rayonlarının ərazisində də aqroservis xidmətləri göstərməyə qadirdir.

“Ağstafa Agroservis” MMC-nin tərkibində “Taxıl anbarı, emalı və un istehsalı” bölməsi yaradılması planlaşdırılır.Burada ümümi saxlama gücü 30 min ton olan 3 taxıl və 6 min tonluq 3 toxum anbarının tikintisi nəzərdə tutulmuşdur.Bundan başqa, Taxılcılıq bölməsinin yaradılmasının məqsədi ilə 07 iyul 2011 il tarixində İqtisadi İnkişaf Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə 6 min hektar torpaq sahəsində taxılçılıq təsərrüfatının yaradılması ilə əlaqədər müraciət edilmişdir.

Avadanlığı Almaniya istehsalı olan dəyirmanın və saatda 10 ton istehsal gücünə malik çörək – qənnadı zavodunun tikilməsi planlaşdırılır.Müəssisədə əlavə 28 nəfər işlə təmin ediləcəkdir.

Cəmiyyətimizdə Avropa standartlarına uyğun texnikalar və aqreqatlar mövcuddur

Almaniyanın “Claas” firmasında istehsal edilən 155 at gücünə malik olan Arion 630; 230 at gücünə malik olan Aksion – 820, normal rejimdə 250, gücləndirilmiş rejimdə 290 at gücünə malik olan Axion – 850 traktorları vardır. Traktorların çox sistemli ötürücü mexanizminin mövcüdluğu, onun mühərrikinin daha aşağı dövriyyədə işləməsi ilə yüksək gücə malik olmasına və yanacaq sərfiyyatına qənaət edilməsinə şərait yaradır.Traktorlar həm ön həm də arxa güc paylayıcıları və hər iki hərəkət ötürücülərlə təchiz edilmişdir ki, buda traktorunun həm ön, həm də arxa hissəsinə aqreqatların qoşulmasına imkan yaradır.

Sürücü kabinəsinin kondisioner sistemi ilə sürücü oturacağının amartizator sisteminin, elektron tablonun və digər amillərinin mövcüdluğu sürücünün yorulmadan çalışmasına gördüyü işlərin həcmini müəyyən etməsinə, yanacaq sərfiyyatına nəzarət etməyə, yarana bilən hər hansı bir nasazlıqdan xəbər tutmağa, yay vaxtı sükan arxasında sərinləşdirici içkilərin sərin şəkildə qəbul etməsinə və bir sıra zəruri tədbirlərin görülməsinə şərait yaradır.Traktorda təchiz edilmiş güclü işıqlandırma sistemi qaranlıqda maniyyəsiz işləməsinə səbəb olur.

Almaniyanın “Lemken” şirkətində istehsal edilən Europal-7, Variadiamont kotanları cəmiyyətimizdə mövcüddur.Bu kotanlar hər iki tərəfə çevrilərək şum aparır.Hər korpusda olan kotanların qarşısında kiçik kotancıqların mövcüdluğu nəticəsində aparılan şumun xırdalanmasına nail olur ki, buda növbəti aqreqatın, yəni kultivasiyanın aparılmasını təmin edir.Orta hesabla bir saat ərzində 2,4 ha qədər torpağın şumlanmasına nail olmaq olur ki buda həm vaxt, həm də yanacaq sərfiyyatına qənaət etməyinə imkan verir.

Dənli bitkilərin biçini nəticəsində(o cümlədən,arpa,qarğıdalı,soya və s.ə) torpaq üzərində 5-10 sm qədər bitkilərin kökü qalır ki, buda məhsul yığımından sonra torpaqda olan qüvvənin lazımsız olaraq köklə qidalanmasının davam etdirir və gələcəkdə aparılacaq şum işində kotana maniəçilik yaradır.Bu problemin qarşısının alınması məqsədilə “Lemken” şirkətinin mühəndisləri Rubin aqreqatının istehsalını həyata keçirib və bu da problemin nəinki bütövlükdə həllini, eləcə də mövcud olan köklərin doğranılıb torpağa qida kimi verilməsinə zəmin yaradır.Bu əməliyyatın dərhal biçindən sonra həyata keçirilməsi vacibdir ki, mövcud köklərin çürümə prosesi vaxtında başa çatsın.

Heleodor Soliter 9 Compaq və Rubin Soliter 9 aqreqatlarının tətbiqi ilə səpin vaxtı bir neçə əməliyyatın birgə aparılması torpaqda mövcud olan nəmliyin qorunmasına, 1 kv metrə düşən toxum sayı ilə dəqiq səpin aparılmasına, səpində önçə torpağın üst qatının kultivasiyasına, bərkidilməsinə, səpindən sonraki toxumun üstünün basdırılmasına şərait yaradır.

Bu aqreqat eyni zamanda 5 əməliyyat həyata keçirir ki, bu da həm vaxt, həm keyfiyyat, həmdə iqtisadi nöqteyi nəzərdən çox əlverişlidir.Bir saat ərzində təqribən böyük sahələrdə 4-5 ha qədər səpinin aparılması mümkündür.

Yüksəkə rahatlıq kabinəsi ilə təchiz edilmiş Claas Dominator 13 markalı taxıl biçən kombayn öz xüsüsi keyfiyyətləri ilə digər kombayınlardan uzun illərdi ki, fərqlənir. Belə ki, iki yaruslu taxıl döyən barabanla təçhiz edilmiş bu kombayn taxıl yığımının itkisiz həyata keçirilməsinə və eləcə də taxılda nəmliyin daha az olduğu zaman maniyəsiz biçilməsini həyata keçirir.Sürücü kabinəsinin, qermetik, klimat kontrol və kompyuter sistemi elə təçhiz edilməsi, taxıl biçini zamanı ətrafa yayılan zərərli tozlanmanın insan orqanizminə daxil olmasının qarşısını alır.sürücü daim sərinləşdirici içkilərlə təmin olunması üçün kabinədə soyuducu yerləsdirilir.

Müasir texnika və texnologiyaların tətbiqi nəticəsində həm vaxta qənaət,əkinin normativ müddətlər cərcivəsində həyata keçirilməsini, torpaq üzərində aparılan əməliyyatların yubadılmadan ardıcıllıqla aparılması, toxum səpinin 1ha düşən normasının məhz dən sayı ilə səpilməsi və bir sıra digər texnoloji əməliyyatlar yüksək məhsuldarlığın əldə edilməsi ilə yanaşı torpaqların eroziyaya uğramasının qarşısını da alır.Sözsüz ki, səpin vaxtı toxum seçiminin vacipliyi son nəticədə əldə edilmiş məhsulun keyfiyyətinə də böyük təsir göstərir.Ümümiyyətlə bu sahə üzrə uzun illər araşdırma aparan avropa ekspertləri belə bir nəticəyə gəliblər ki, həmin texnologiya 20 hektardan yuxarı olan sahələrdə tədbiq edilərkən daha uğurlu nətiçə əldə edilir.Bu kriteriya həm kompleks aqroservis xidmətləri göstərən müəssisələr, həm də daha iri əkin sahələrinə malik olan fermerlər üçün əlverişlidir.